Gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqı endirildi

Azərbaycan prezidentinin sahibkarlar üçün daha əlverişli şəraitin yaradılması, sahibkarlara dəstək və onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi haqqında göstərişlərini nəzərə alaraq Dövlət Gömrük Komitəsi27 yanvar 2016-cı il tarixdən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmətlərə 70% güzəşt tətbiq edilməsi haqqında qərar qəbul edib.

 

Komitənin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, bu səbəbdən gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqı 50 manata (ƏDV daxil deyil) endirilib.

Mənbə: APA