2016-сı il üçün yaşayış minimumu müəyyənləşdirilib

 Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında qanunu imzalayıb.

APA-nın məlumatına görə, sənədə əsasən, 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib.

Dövlət başçısı həmçinin 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında qanunu imzalayıb. Sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilib.

Mənbə: APA