Sürücülərə şad xəbər: bal həddi 20-yə qaldırıldı

 

Beləliklə, qanun dəyişdi. Yol hərəkəti haqqında və İnzibati Xətalar məcəlləsinə dəyişikliklər edildi. Bu dəyişikliklər əsasında sürücülər nə əldə etdi ?

 

Bənd bənd diqqət yetirək.

 

Əvvəl belə idi.

 

151.5. Bu Məcəllənin 151.1-151.3-2-ci, 151-1-ci və 151-3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-

iki yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılır.

 

 

Bu Məcəllənin 151.5 və 152-1.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsinə görə şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə, həmin xətalar 5 balla qiymətləndirilir.

 

İndi isə 151.5 5 balla qiymətləndirilir. Bu o deməkdir ki, qəza törədib yüngül bədən xəsarəti yetirdikdə sizin 5 balınız da olacaq. Və həmçinin. siz içkili surətdə sükan arxasına ilk dəfə əyləşirsinizsə, bu zaman sizə əlavə olaraq 5 cərimə balı tədbiq olunur.

 

151.2-ci maddə dəyişikliyə uğrayır. Əvvəl 60 azn 3 balla cəzalandırılan bu qayda pozuntusu ayrıca bir maddəyə salınır.

 

“Maddə 151-4. Keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi və ya mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsi

Xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə -
yüz manat miqdarında cərimə edilir.

 

Maddə 151-1. Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma

151-1.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə  cərimə artıq 30 deyil 10 manat miqdarındadır.

 

Daha bir dəyişiklik 12 ballıq cərimənin 20 balla əvəz olunması ilə bağlıdır. Düzdür, mən qanunun bu hissəsi ilə razı deyiləm. Lakin, bu artıq belədir. Cərimə balları 20 oldu.

 

 

Daha bir dəyişiklik. Maddə 158-2. Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi 

hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə edən fiziki şəxs haqqında məlumatı bu barədə sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verməməsinə görə -
hüquqi şəxs üç yüz manat miqdarında cərimə edilir”.



 

Şirkət sahibləri və ya onların qanuni nümayəndələri mütləq sürücü haqqında yol polisinə məlumat verməlidirlər. Bu verilməsə, artıq qayda pozuntusu hesab olunacaq. Və 300 manat miqdarında cərimə olunacaqsınız.

 

Yeni qaydalara əsasən siz inzibati pozuntu etdikdə bu zaman qayda pozuntusu foto və ya video vasitəsi ilə qeydə alınıbsa, o zaman protokol sizə elektron yolla tərtib olunur. Ünvanınıza (və etibarnaməsi olan sonuncu şəxsin) göndərilir. 10 gün ərzində bu protokoldan şikayət verilməsə, cərimə sistemə vurulur.

Həmçinin, dayanma-durma qaydalarını pozduqda sizə elektron yolla protokol dərhal vurulur. Və mərkəzi sitemə daxil edilir. Artıq siz cərimə meydançasına gəldikdə cərimə sistemdə olur və dərhal ödəniş etmək imkanınız olur.

 

2 il bundan öncə biz bir təklif vermişdik. Indi həmin təklif qanuni qüvvəsini alıb.  Bundan sonra sürücülərin öz elektron kabineti olacaq. DYP internet resurs yaradır. Bu resursda siz qeydiyyatdan keçərək sizə yazılmış protokollarla tanış olursunuz. Burada cəriməniz və ya radarlarınız hər biri olacaq.

 

Daha bir dəyişiklik şikayət vermək üsulu ilə bağlı idi. Son vaxta qədər inzibati protokoldan şikayət yalnız poçt və ya bir başa verilmə ilə məhdudlaşırdı. İndi isə siz internetdən izibati qərarla bağlı şikayət göndərə bilərsiniz. Müddət 10 gündür.

 

Qanuna əsasən faiz hesablanması 2 %-dən 1 %-ə endirilib.

 

Daha bir dəyişiklik isə avtomobillərin qeydiyyatı ilə bağlıdır.

 

Avtomobili qeydiyyata qoyduğunuz zaman özünüz haqqında ətraflı məlumat verməyə borclusunuz. Bu məlumatlar verilmədikdə, avtomobil qeydiyyata alınmayacaq. Buraya telefonlar, e-maillər, ünvanlar və iş yeri haqqında məlumatlar daxildir.

 

Mühüm yeniliklərdən biri isə təkrar qeydiyyatla bağlıdır. Misallarla deyəcəm aydın olsun. Tutaq ki, siz Bakı qeydiyyatındasınız aldığınız avtomobil isə Gəncədə qeydiyyatdadı. İndi daha Gəncəyə gedib tranzit nömrə almağa ehtiyyac yoxdur. Qanun dəyişdi. Bakıda qeydiyyat aparıldığı zaman Gəncə qeydiyyatı avtomatik ləğv olunur.

 

Yol Hərəkəti Haqqında  Qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndinə əsasən belədir.