Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz.

Maddə 73 - Azərbaycan Respublikası Konstitusiyası

Layihə haqqında

Rüsum.Az portalı dövlət qurumları tərəfindən göstərilən xidmətlərə görə ödənilən rüsumlar və tariflər barədə məlumatları vətəndaşlara təmin etmək məqsədi daşıyır.

Rüsum.Az bütün rüsumlar və tariflər barədə ilk vahid informasiya mənbəyidir.

Rüsum.Az vasitəsi ilə Siz hər bir dövlət orqanı tərəfindən tələb edilən qanuni rüsumun məbləği barədə daha asan məlumat ala biləcəksiniz. Bununla yanaşı xidmətlərə görə tələb olunan ərizə və anket formaları da saytda yerləşdirilmişdir. Vətəndaşlar saytdan istifadə etməklə tələb edilən ərizə və anketləri çap edə və aidiyyəti üzrə dövlət qurumlarına təqdim edə bilər.

Rüsum.Az vətəndaşların dövlət orqanlarına müraciət etməsi üçün əlaqə ünvanlarını, telefonları və elektron poçt əlaqələrini də təqdim edir.

Rüsum.Az həmçinin daha çox istifadə edilən sahələrdə müxtəlif kalkulyatorları da təqdim edir. Belə ki, vətəndaşlar səhifədəki pensiya, avtomobillər üçün texniki baxış və gömrük rəsmiləşdirməsi kalkulyatorlarından istifadə etməklə qanunla müəyyən edilmiş ödənişlərin məbləği barədə məlumat əldə edə bilərlər.
Rüsum.Az portalının yaradılmasında məqsədimiz şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizəyə tövhə verməkdir. Bu mübarizə bütün cəmiyyətin mübarizəsi olduğundan saytı təkmilləşdirmək üçün Sizin rəy və təklifləriniz bizim üçün dəyərlidir.

Rüsum.Az portalı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının dəstəyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış “ Prodemos” və “ Antikorrupsiya Araşdırmalar Mərkəzi ” qeyri hökumət təşkilatlarının birgə təşəbbüsü və əməyi nəticəsində hazırlanmışdır.

© 2017 Rusum.az | layihə haqqında | rəy və təkliflər | əlaqə